Ürək sağlamlığı üçün ən faydalı balıq növləri açıqlandı

Ürək sağlamlığı üçün ən faydalı balıq növləri açıqlandı
Digər 83

Ürək-damar sisteminin sağlamlığını qorumaq üçün bəzi balıq növlərinin daha faydalı olduğu bildirilib.

BAKU.WS xəbər verir ki, dietoloq Angel Lyuk "Tasting Table" nəşrinə açıqlamasında ürək üçün faydalı balıq növlərindən danışıb.

Mütəxəssisin sözlərinə görə, ürək-damar xəstəliklərinin profilaktikasında omeqa-3 yağ turşuları ilə zəngin balıqların qida rasionuna daxil edilməsi mühüm rol oynayır.

O qeyd edib ki, omeqa-3 yağ turşularının ən yüksək miqdarı siyənək və qızılbalıqda olur. Təxminən 100 qram bişmiş balığın tərkibində 2150 milliqrama qədər bu maddə aşkarlanır.

Dietoloq bildirib ki, balıqda olan eykosapentaen və dokosaheksaen turşuları periferik arteriya xəstəlikləri və digər ciddi ürək-damar fəsadlarının yaranma riskini azaltmağa kömək edə bilər.

Bundan əlavə, omeqa-3 yağ turşularının orqanizmdə iltihabi prosesləri azaltmaqla yanaşı, hamiləlik dövründə və körpələrdə beyin və gözlərin inkişafını dəstəklədiyi qeyd olunub.

Mütəxəssis faydalı maddələrin sardina və skumbriyada da kifayət qədər olduğunu bildirib. Lakin bu balıqlarda omeqa-3 miqdarı qızılbalıq və siyənəklə müqayisədə daha azdır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər