Ukrayna Prezident Ofisinin müşaviri: "Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir"

Ukrayna Prezident Ofisinin müşaviri: Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir
Video
Digər 11

Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak hesab edir ki, Prezident Volodimir Zelenski ikinci müddətə namizədliyini irəli sürməlidir.

M.Podolyak bildirib ki, prezidentin ikinci müddətə seçilib Ukraynanın bərpası proqramına, Avropa İttifaqına reinteqrasiyası proqramlarına və digər sahələrə məsuliyyəti daşımağa davam etməsinin tərəfdarıdır:

"Mən qətiyyətlə deyirəm ki, prezident ikinci müddətə namizədliyini irəli sürməlidir. Reytinqə gəlincə, bu, hər gün qəbul edilən qərarlardan asılıdır. Prezident isə çoxlu, o cümlədən çətin qərarlar qəbul edir. Təbii olaraq, hamının bildiyi məlum korrupsiya məsələsi də reytinqə təsir edir. Lakin əsas məsələ çətin vəziyyətdə səmərəli qərarlar qəbul etmək və prezidentin məsuliyyəti daşımağa hazır olmasıdır. İnsanlar bunu çox yaxşı görür və başa düşürlər".

M.Podolyak hesab edir ki, V.Zelenski başlatdığı bütün layihələri sona çatdırmalıdır:

"Əminəm ki, prezident ölkənin müdafiə qabiliyyətinin kəskin artımını təmin edəcək. Bu, həmçinin təhlükəsizliyin təminatı olacaq. Yəni o, bir çox prosesləri sürətləndirəcək və müvafiq olaraq Ukrayna hərbi baxımdan tamamilə fərqli görünəcək", - M.Podolyak deyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər