Ukrayna ordusu "F-16"lardan birini necə olub itirib?
Yeniliklərdən dərhal xəbərdar olun
Köşə yazarı Brayan Pitsç Ukraynaya məxsus F-16 qırıcısının qəzaya uğramasını və onun pilotu Aleksey Mesin ölümünü Kiyev üçün ciddi zərbə adlandırıb.
O, bu fikri «The Washington Post» (WP) üçün yazdığı məqalədə bildirib.
«Ukraynanın təcrübəli pilotlarından birinin, eləcə də «F-16» qırıcısından birinin itirilməsi Ukrayna üçün ciddi zərbədir», - deyə Pitsç qeyd edib.
O, həmçinin xatırladıb ki, Kiyev Qərbdən ona mümkün qədər çox «F-16» verməyi xahiş edib, lakin sonda yalnız az sayda təyyarə alıb.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Maryana Bezuqlaya «F-16«nın qəzaya uğramasının təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, qırıcı Ukraynanın «Patriot» zenit-raket kompleksindən raketlə vurulub.
Ukraynanın «F-16«lardan birini itirməsi avqustun 29-da məlum olub. «The Wall Street Journal«ın məlumatına görə, qəza pilotun səhvi nəticəsində baş verib. Pentaqon hadisəni şərh verməkdən imtina edib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...