Türkiyənin Xorvatiyaya göndərilən yanğınsöndürmə təyyarəsi ilə əlaqə kəsilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi ilə əlaqənin kəsildiyini açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, nazirlik iki AT802 yanğınsöndürmə təyyarəsinin texniki xidmət üçün Xorvatiyaya yola düşdüyünü, lakin onlardan biri ilə əlaqənin kəsildiyini bildirib.
"Təyyarə bu gün Türkiyə vaxtı ilə saat 17:38-də (GMT+3) Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönmə zamanı Rejika Hava Limanına eniş edib, Türkiyə vaxtı ilə saat 18:25-dədigər təyyarə ilə radio əlaqəsi kəsilib", - nazirliyin açıqlamasında bildirilir.
Nazirlik itkin düşmüş təyyarənin və pilotunun yerini müəyyən etmək üçün Xorvatiya hakimiyyəti ilə əlaqələndirilmiş şəkildə axtarış-xilasetmə işlərinə başlandığını açıqlayıb.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...