Türkiyəli teleaparıcı: Media Azərbaycan və Türkiyə arasında körpü rolunu oynayır
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələri hər iki ölkənin ictimai həyatında geniş şəkildə öz əksini tapır və dostluq əlaqələrinin möhkəmlənməsinə Türkiyə mediası da böyük töhfə verir.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Haber Global" (Türkiyə) telekanalının aparıcısı Sayan Fatima Dilara deyib.
"Biz qardaşıq. Atdığımız hər bir addım hər iki ölkədə böyük əks-səda doğurur", - teleaparıcı qeyd edib.
O vurğulayıb ki, Azərbaycan və Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə inkişaf edir, media sahəsində isə sıx qarşılıqlı əlaqə qurulub.
"Xüsusilə son vaxtlar qarşılıqlı əlaqə güclənib. Möhkəm kommunikasiya kanalının yaradılması böyük əhəmiyyət kəsb edir", - Dilara bildirib.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...