Toyundan sonra ölən Əfsanənin atası DANIŞDI
Astarada toydan sonra ölən 17 yaşlı hamilə gəlin Əfsanə İmanovanın atası danışıb.
BAKU.WS "Bizim.Media"ya istinadən xəbər verir ki, Əfsanənin atası Maqsud İmanov qızının hamilə olduğunu toy günü öyrəndiyini deyib:
"Qızımla oğlan 8-9 ay idi ki, nişanlı idilər. Mən onun hamilə olduğunu bilmirdim. Toy günü xəstəxanaya gedəndə öyrəndik ki, 7 aylıq imiş. Ona qədər heç nə hiss etməmişdik".
"Qızınızı niyə erkən yaşda nişanlamısınız?" sualına cavab olaraq isə ata bildirib ki, 18 yaşına 3 ay qalmışdı.
Əfsanənin qayınatası Aqil Cevziyev isə qudasından fərqli olaraq baş verən hadisə ilə bağlı üzüntüsünü dilə gətirib:
"Çox pis hadisə oldu, başımızı itirmişik. Oğlumun 22 yaşı var, 8 ay əvvəl Əfsanə ilə nişanlanmışdılar. Qızın hamilə olduğunu toydan bir həftə əvvəl bildik, amma 7 aylıq olduğunu bilmirdik. Toy dəvətnamələri artıq paylanmışdı. Xəcalət çəkməyək deyə toy etməyə qərar verdik".
Cevziyevin sözlərinə görə, Əfsanə toy ərəfəsində ata evində olarkən bir qədər qızdırmalı olub, lakin ciddi səhhət problemi müşahidə edilməyib:
"Toy günü də halı normal idi. Təxminən saat 5-də gəlin evə gətirildi. Az sonra oğlum zəng edib dedi ki, Əfsanənin vəziyyəti pisləşib. Dərhal təcili yardım çağırdım və xəstəxanaya apardım".
O həmçinin mediada yayılan "cütlüyün Bakıda istixanalarda işləməsi" barədə məlumatların həqiqətəuyğun olmadığını da vurğulayıb:
"Onlar heç vaxt kənddən kənara çıxmayıblar, hər ikisi burada yaşayırdılar".
Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma davam edir.
Oxşar xəbərlər
2026 onların ilidir – Bu bürclər üçün həyat nağıl kimi olacaq
Yeni ilin gəlişi ilə bürclərin həyatında da mühüm dəyişikliklər gözlənilir. 2026-cı il bəzi bürclər üçün xüsusi uğur, sevinc və yenilənmə dövrü olacaq. BAKU.WS...