Təyyarə qəzasından sağ çıxan Nizami: "Psixoloji problemə görə müalicə alıram"
Yeniliklərdən dərhal xəbərdar olun
"Təyyarəyə nəyinsə dəydiyini eşidib yuxudan oyandım. Baxdım ki, sərnişinlər təşviş içindədirlər. Bir neçə saniyədən sonra təyyarədən təkrar səs gəldi".
Bunu Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzasında sağ qalan Nizami Cəlilov Baku TV-yə açıqlamasında deyib.
O, təyyarə qəzasının baş verdiyi anda yaşadıqlarından danışaraq - "təyyarə yerə çırpıldı. Kəmərdən asılı qalmışdım. Onu açıb yerə düşəndə, özümə gəldim və gördüm ki, təyyarə tərsinə dayanıb", - deyə sözlərinə əlavə edib.
N.Cəlilov Qazaxıstandan ölkəyə gətiriləndən sonra qəza ilə bağlı yaşadığı psixoloji problemə görə müalicə aldığını qeyd edib.
Daha ətraflı videosüjetdə:
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...