Təyyarə qəzasında möcüzəvi şəkildə sağ qalan şəxs: "Elə bildik ki, mühərrikə quş sürüsü girib"
2024-cü ilin dekabrın 25-də baş verən təyyarə qəzası zamanı möcüzəvi şəkildə sağ qalan 29 nəfərdən biri də Gəncə sakini Toğrul Cəfərovdur.
O, Qroznıda yaşayan dostunun yanına gedərkən həyatının ən dəhşətli gününü yaşayıb.
"Əvvəl elə bildik ki, təyyarənin mühərrikinə quş sürüsü girib. Sonra ikinci və üçüncü dəfə vurdular və təyyarə istiqamətini başqa şəhərə dəyişdi. Yerə çırpılanda huşumu itirdim. Təyyarədə tanış olduğum Zamin birinci çıxmışdı, daha sonra isə məni xilas etdi. Sonra birlikdə 6-7 nəfəri də çıxardıq. Təxminən 10 dəqiqə sonra köməyə gəldilər.
Allah həlak olanların ailələrinə səbr versin. Aramızda əlil olanlar, əmək qabiliyyətini itirənlər də var. Amma bu gün yaşayırıqsa, ayağımızın üstündə dura biliriksə, buna min şükür. Dövlətə də bizə göstərdiyi dəstəyə görə təşəkkür edirəm", - deyə T.Cəfərov bildirib.
Onun sözlərinə görə, qəzadan sağ çıxanlar hazırda da bir-biri ilə əlaqə saxlayırlar: "Qrupumuz var, danışırıq. Elə bil, bir-birimizi neçə illərdir tanıyırıq".
Daha ətraflı Baku TV-nin videomaterialında:
Oxşar xəbərlər
Gmail istifadə edəblərin NƏZƏRİNƏ - Bundan sonra...
"Google" şirkəti istifadəçilərə "@gmail.com" domenində olan elektron poçt ünvanını dəyişmək imkanı yaradacaq. BAKU.WS xəbər verir ki, indiyədək bu funksiya möv...