Tətildən sonra işləmək çətin gəlirsə bu yazını oxuyun

Tətillərdən sonra işə qayıtmaq həmişə çətin olur.
BAKU.WS xəbər verir ki, rusiyalı psixoloq Veronika Kirsanova news.ru-ya açıqlamasında Yeni il tətillərindən sonra işə daha asan adaptasiya olmağın yollarından danışıb.
O qeyd edib ki, ilk günə həmkarları ilə təəssüratlarını bölüşməklə başlamağa dəyər.
Həmkarlarınızla təəssürat mübadiləsi aparmaq və tətilinizin xoş anlarını müzakirə etmək üçün vaxt ayırın.
"Bu, əhvalınızı yüksəldəcək və tədricən işlək dialoqa girməyə imkan verəcək. İş tapşırıqlarınızı elə planlayın ki, iş həftəsinin əvvəlindən başınız onlara qarışmasın. Əgər siz gec yatıb, bayramlarda gec durmusunuzsa, yəqin ki, iş rejiminə öyrəşmək üçün bir az vaxta ehtiyacınız olacaq, - deyə Kirsanova vurğulayıb.
Ekspert əlavə edib ki, bayramdan sonrakı ilk günlərdə işdən sonra təmiz havada gəzmək, yatmazdan əvvəl elektron deyil, kağız kitablar oxumaq lazımdır. Onun sözlərinə görə, iki-üç günə rejim bərpa olunacaq.
Oxşar xəbərlər
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Azərbaycanda iyunun 8-də 33 dərəcə isti olacaq. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarım...
