Telefonu 3 gün boyunca istifadə etməmək beyin fəaliyyətini dəyişə bilər

Telefonu 3 gün boyunca istifadə etməmək beyin fəaliyyətini dəyişə bilər
Digər 176

Alman alimləri 72 saatlıq telefon məhdudiyyətinin beyin fəaliyyətini dəyişdiyini kəşf edib.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Haydelberq və Köln Universitetlərindən alimlər ağıllı telefon istifadəsinin beyin üzərindəki təsirlərini araşdırdılar. 18-dən 30 yaşa qədər 25 iştirakçıdan 72 saat boyunca telefon istifadəsini minimum səviyyəyə endirmələri istənib. Yalnız məcburi ünsiyyət və iş məqsədli istifadəyə icazə verilib.

Araşdırma zamanı iştirakçıların beyin fəaliyyətləri maqnit rezonans görüntüləmə (MRI) skanerləri ilə qiymətləndirilib. Nəticələr, telefon görüntülərinə qarşı beyindəki mükafat və asılılıq mexanizmlərinin aktivləşdiyini göstərib. Bu da telefon istifadəsinin nikotin və ya alkoqol asılılığına bənzər təsirlər yarada biləcəyini ortaya qoyur.

Psixoloji testlərin nəticəsində iştirakçıların ruh halında əhəmiyyətli bir dəyişiklik müşahidə edilməyib. Lakin bəzi iştirakçılar, telefon məhdudiyyətindən sonra ruh hallarının yaxşılaşdığını bildiriblər. Araşdırmaçılar, telefon asılılığına dair əhəmiyyətli tapıntılara çatdılar.

Gələcək araşdırmaların, sosial media və sosial qarşılıqlı əlaqə kimi amilləri daha ətraflı araşdırması lazım olduğu vurğulanıb.

Araşdırma, Computers in Human Behavior jurnalında dərc olundu.

Son xəbərlər