Tehranda yeni metro stansiyası erməni icmasının şərəfinə adlandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl Tehranda "Müqəddəs Sarkis" erməni kilsəsinin yaxınlığında inşa edilən və xristian dini rəmzləri ilə bəzədilmiş yeni "Müqəddəs Məryəm" metro stansiyası rəsmi açılış mərasimi ilə istifadəyə verilib.
BAKU.WS "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, açılış mərasimində Tehran şəhərinin meri Əlirza Zakani, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun sədri, erməni millət vəkili Ara Şaverdyan və Ermənistanın Tehrandakı səfiri Qriqor Akopyan iştirak ediblər.
Qeyd edək ki, stansiyanın adı ölkədəki erməni xristian icmasının şərəfinə seçilib. Yeni stansiyanın istifadəyə verilməsi erməni icmasına göstərilən xüsusi rəğbətin göstəricisi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...