Süni intellektə görə dünyanın ən yaxşı 10 turistik ölkəsi açıqlandı

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə süni intellekt turizm sahəsində də istiqamətverici rol oynamağa başlayıb. Son olaraq aparılan genişmiqyaslı süni intellekt təhlilinə əsasən, dünyanın ən cazibədar və turistlər üçün ən uyğun 10 ölkəsi müəyyən olunub.
BAKU.WS xəbər verir ki, qiymətləndirmədə ölkələrin təbii gözəllikləri, mədəni irsi, təhlükəsizlik səviyyəsi, infrastruktur imkanları, viza rejimi və turist məmnuniyyəti kimi meyarlar əsas götürülüb.
Süni intellektin təhlilinə əsasən, ən yaxşı 10 turistik ölkə aşağıdakılardır:
-
İtaliya – Tarixi abidələri, sənət qalereyaları və zəngin mətbəxi ilə ilk sırada yer alır.
-
Fransa – Moda, mədəniyyət və məşhur abidələrlə dolu bu ölkə Paris və Fransız Rivierası ilə seçilir.
-
İspaniya – Geniş çimərlikləri, canlı şəhərləri və festivalları ilə turistlərin diqqət mərkəzindədir.
-
Yaponiya – Texnologiya və ənənənin sintez olunduğu bu ölkə fərqli turizm təcrübələri təklif edir.
-
Birləşmiş Ərəb Əmirlikləri – Müasir arxitekturası və lüks imkanları ilə qısa zamanda turist axınına səbəb olub.
-
Tailand – Ucuz qiymətləri, ekzotik təbiəti və isti iqlimi ilə məşhurdur.
-
Avstraliya – Təbii gözəllikləri, geniş sahilləri və macəra dolu təklifləri ilə önə çıxır.
-
Türkiyə – Qədim mədəniyyəti, mətbəxi və coğrafi mövqeyi ilə həm Avropa, həm də Asiya turizminin mərkəzində yer alır.
-
Yunanıstan – Tarixi adaları, dəniz məhsulları və Aralıq dənizi mənzərələri ilə turistləri cəlb edir.
-
İndoneziya – Xüsusilə Bali adası ilə tanınan bu ölkə rahatlıq və mənəvi yenilənmə axtaran turistlərin sevimlisi hesab olunur.
Süni intellektə görə, bu ölkələr turizm baxımından həm təcrübəli səyyahlar, həm də ilk dəfə səyahətə çıxanlar üçün ideal seçim hesab olunur. Analitiklərə görə, gələcək illərdə də bu ölkələr populyarlığını qorumağa davam edəcək.
Oxşar xəbərlər
Səhnədə qəfil vəfat edən Metin Arolatın ekspertiza hesabatında şoka salan DETAL
Məşhur türkiyəli müğənni və rejissor Metin Arolatın qəfil vəfatı ilə bağlı gizlinlər aydınlaşmağa başlayıb. Aylardır davam edən gözləntilərin ardından ekspertiz...
