Süni intellekt 2030-cu ilədək 300 milyon işçini əvəz edə bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Ekspertlər bildirirlər ki, süni intellekt alqoritmlərə əsaslanan işləri sürətlə öyrənir və 2030-cu ilədək 300 milyon insanı əvəz edə bilər. Bu, dünya əmək bazarının təxminən 9%-i deməkdir.
BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, xüsusilə mühasiblər, hüquqşünaslar, kassirlər, katiblər və sürücülər ilk sırada risk altındadır. Məsələn, sürücülər işlərini sürücüsüz avtomobillər səbəbindən itirə bilər.
Ekspertlər bildirirlər ki, sadə və rutin işlər yox olacaq, əvəzində yaradıcılıq və analitik bacarıqlar daha çox tələb olunacaq.
Həmçinin, ABŞ şirkətləri artıq giriş səviyyəli işlər üçün gəncləri işə götürməkdənsə, İİ-dən istifadə edir. Gələcəkdə İİ texnologiyalarını bilmək peşəkarlar üçün əsas bacarıq hesab olunacaq.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...