Smartfonda tünd rejimdən niyə imtina etmək tövsiyə olunur?
Smartfonlarda geniş istifadə olunan tünd rejim hər kəs üçün ideal seçim olmaya bilər. Araşdırmalar göstərir ki, bəzi hallarda açıq mövzu həm göz sağlamlığı, həm də mətnin daha rahat oxunması baxımından üstünlük təşkil edir.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə, insan gözü ağ fonda qara mətni daha asan qəbul edir. Tünd fonda ağ hərflər isə daha az aydın görünə bilər ki, bu da gözlərin daha tez yorulmasına və məlumatın qavranılması üçün əlavə səy göstərilməsinə səbəb olur.
Xüsusilə astiqmatizmi olan insanlarda tünd rejim narahatlıq yarada, mətnin oxunmasını çətinləşdirə bilər. Bundan başqa, açıq rejimdə tətbiqlərin düymələri, menyuları və digər interfeys elementləri daha aydın seçilir.
Araşdırmalar həmçinin göstərir ki, tünd rejimin batareyaya qənaəti də hər zaman nəzərəçarpacaq olmur. OLED ekranlı telefonlarda orta parlaqlıq səviyyəsində enerji sərfiyyatını cəmi 3–9 faiz azaldır. Lakin ekran parlaqlığı maksimum olduqda bu göstərici 39–47 faizə çata bilər.
Mütəxəssislər istifadəçilərə gündüz saatlarında açıq, gecə isə tünd rejimdən istifadə etməyi və seçim edərkən şəxsi rahatlığı əsas götürməyi tövsiyə edirlər.
Oxşar xəbərlər
Vaqif Əsədov jurnalistləri təbrik etdi
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə sabiq rəisi, polkovnik Vaqif Əsədov 22 İyul Milli Mətbuat Günü münasibətilə jurnalistləri...