Sertifikatlaşdırma imtahanında hansı fənn üzrə ən yüksək nəticə qeydə alınıb?
2026-cı il üzrə müəllimlərin sertifikatlaşdırılması prosesində ən yüksək uğur göstəricisi texnologiya fənnini tədris edən müəllimlər arasında qeydə alınıb.
BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirib.
Bildirilib ki, texnologiya fənni üzrə sertifikatlaşdırmada iştirak edən 2 948 müəllimdən 2 555-i uğurlu nəticə göstərib. Fiziki tərbiyə fənni üzrə 5 419 müəllimdən 4 516-sı, təsviri incəsənət üzrə 1 689 müəllimdən 1 405-i, musiqi üzrə 1 311 müəllimdən 1 041-i, tarix fənni üzrə isə 5 571 müəllimdən 4 194-ü sertifikatlaşdırmadan uğurla keçib.
Oxşar xəbərlər
Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər
Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə qanunvericilik məsuliyyəti tətbiq oluna bilər 2. Mərkəzi Bank: Kartın başqasına verilməsinə görə hüquqi...