Saqqız çeynəyənlər mütləq oxusun - Zərərləri açıqlandı

Saqqız çeynəyənlər mütləq oxusun - Zərərləri açıqlandı
Digər 1567

Saqqızın plastik çirklənmənin gizli mənbəyi olduğu aşkarlanıb.

BAKU.WS-in "The Conversation" jurnalında dərc olunan araşdırmaya istinadən verdiyi məlunata görə, müasir saqqızların əksəriyyətində avtomobil şinlərində və plastik torbalarda istifadə olunanlara bənzər sintetik polimerlər var.

Saqqız istehsalçıları nadir hallarda xammalın tərkibini açıqlayır, yalnız qeyri-müəyyən "saqqız əsasını" göstərir. Lakin kimyəvi analizlər onun tərkibində stirol butadien, polietilen və polivinil asetat kimi komponentlərin olduğunu göstərib. Eyni zamanda, dünyada hər il təxminən 2,4 milyon tona yaxın saqqız istehsal olunur ki, bunun da 730 min tondan çoxu bu sintetik maddələrdir.

Tərkibinə görə saqqız təbii yolla parçalanmır və zaman keçdikcə mikroplastikaya çevrilərək torpağı və suyu çirkləndirir. Küçələri ilişib qalmış tullantılardan təmizləmək hər il şəhərlərə milyonlarla dollara başa gəlir, lakin belə tədbirlər belə problemi həll etmir.

Mütəxəssislər çirklənmə ilə mübarizəyə radikal yanaşma təklif edirlər: sintetik saqqızlara verginin tətbiqi, həmçinin bioloji parçalana bilən alternativlərin hazırlanması. Bundan əlavə, onlar istehsalçıları qablaşdırmada saqqızın tərkibini göstərməyə çağırır ki, istehlakçılar şüurlu şəkildə ekoloji təmiz məhsul seçə bilsinlər.

Oxşar xəbərlər

Bu tarixdə havanın temperaturu 41° olacaq

Bu tarixdə havanın temperaturu 41° olacaq

Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə...

122 Digər 12:40 19 iyul 2025

Son xəbərlər