Sağlam və gənc qalmağın yolları – bu vərdişləri gündəlik həyatınıza əlavə edin

Sağlam və gənc qalmağın yolları – bu vərdişləri gündəlik həyatınıza əlavə edin
Digər 115

Amerikalı həkim-kardioloq Kristofer Deyvis qocalmağı ləngidən və ürək-damar sağlamlığını qoruyan gündəlik vərdişlər barədə danışıb.

BAKU.WS xəbər verir ki, o, "Eat This, Not That" nəşrinə açıqlamasında bu mövzuda faydalı tövsiyələr verib.

1. Damar sağlamlığına diqqət

Sağlam qan dövranı beynin fəaliyyəti və enerjinin səviyyəsi üçün olduqca vacibdir. Yaş artdıqca orqanizmdə azot oksidinin istehsalı azalır. Fiziki fəallığın olmaması və düzgün qidalanmamaq bu prosesi daha da sürətləndirə bilər.

2. Bədən göstəricilərini izləyin

Həkim mütəmadi olaraq arterial təzyiqin, qanda şəkərin və qan yağlarının (xüsusilə iltihab göstəricilərinin) yoxlanılmasını tövsiyə edir. Bu, ürək xəstəliklərinin qarşısını almaqda mühüm rol oynayır.

3. Əzələ kütləsini qoruyun

Yaş artdıqca əzələlər təbii olaraq zəifləyir. Lakin güc məşqləri, kifayət qədər zülal qəbulu və düzgün istirahət bu prosesin qarşısını ala bilər. Əzələlər yaşla bağlı zəifliyin və hərəkətsizliyin qarşısını almağa kömək edir.

4. Keyfiyyətli yuxu

Kifayət qədər dərin və fasiləsiz yuxu ürək sağlamlığı üçün vacibdir. Gecə ən azı 7-8 saat yatmaq və sabit bir yuxu rejimi yaratmaq tövsiyə olunur.

5. İltihab və oksidləşdirici stressi azaldın

Kroniki iltihab hüceyrə səviyyəsində yaşlanmanı sürətləndirir. Ona görə də qidalanmada antioksidantlarla zəngin məhsullara üstünlük verilməlidir.

6. Təbii məhsullarla qidalanın

Xüsusilə çuğundur, ispanaq və rukkola kimi nitratla zəngin tərəvəzlər, omega-3 yağ turşuları və aşağı qlikemik indeksli karbohidratlar ürək üçün faydalıdır.

7. Stresi idarə edin

Xroniki stress orqanizmdə iltihabı və təzyiqi artırır, kortizol hormonunun səviyyəsini yüksəldir. Bu, ürəyi hətta yanlış qidalanmadan da tez qocalda bilər.

Son xəbərlər