Saç tökülməsinin səbəblərindən biri də BUDUR - Alkoqol içənlərin nəzərinə...

Saç tökülməsinin səbəblərindən biri də BUDUR - Alkoqol içənlərin nəzərinə...
Digər 266

Alkoqol qəbulu və saç tökülməsi arasında əlaqə aşkarlanıb.

BAKU.WS news.ru-ya istinadən xəbər verir ki, alkoqol qəbulu saç tökülməsinə səbəb ola bilər. Bu nəticəyə Cənubi Koreyanın Pusan Universitetinin alimləri apardıqları tədqiqat əsasında gəliblər. Tədqiqatın nəticələri Oxford Academic jurnalının noyabr sayında dərc olunub. Söhbət qadınlar və kişilər arasında ən geniş yayılmış saç tökülməsi forması olan androgenetik alopesiya xəstəliyindən gedir.

Saç tökülməsinin səbəblərindən biri də BUDUR - Alkoqol içənlərin nəzərinə...

Androgenetik alopesiyada saç tökülməsi alın, gicgahlar və təpə bölgələrində baş verir. Əvvəlki tədqiqatlar bu xəstəliyin əsasən genetik və hormonal amillərlə əlaqəli olduğunu göstərsə də, yeni araşdırma həyat tərzinin də bu problemin yaranmasında böyük rol oynadığını ortaya qoyub.

Tədqiqat nəticələrinə görə, mütəmadi olaraq alkoqol qəbul edən insanlar "kişiyə xas" saç tökülməsi formasından 1,4 dəfə daha çox əziyyət çəkirlər. Mütəxəssislər bunun alkoqolun metabolizmi zamanı yaranan yan məhsul - asetaldehid ilə bağlı ola biləcəyini irəli sürüblər.

Saç tökülməsinin səbəblərindən biri də BUDUR - Alkoqol içənlərin nəzərinə...

Bundan əvvəl Moskva vilayətinin Səhiyyə Nazirliyinin baş psixiatr-narkoloqu Vitali Xoldin bildirib ki, alkoqol qəbulunun psixi xəstəliklərin inkişafını təhrik etdiyi müşahidə olunub. Onun sözlərinə görə, alkoqolizmə düçar olan insanlar arasında şizofreniya bir neçə dəfə daha tez-tez rast gəlinir.

Oxşar xəbərlər

Ən çox ağlayan körpələr bu aylarda doğulur

Ən çox ağlayan körpələr bu aylarda doğulur

Araşdırmalar göstərir ki, körpələrin ağlama tezliyi doğulduqları ayla müəyyən qədər əlaqəlidir. Tədqiqatlara görə, oktyabr–dekabr aylarında doğulan uşaqlar daha...

797 Digər 23:34 06 sentyabr 2025

Son xəbərlər