Sabahdan peşə məktəblərinə qəbul başlayır
Yeniliklərdən dərhal xəbərdar olun
Sabahdan peşə məktəblərinə qəbul başlayır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov brifinqdə çıxışı zamanı məlumat verib.
O bildirib ki, peşə təhsili almaq istəyən şəxslər 22 iyul - 11 avqust tarixlərində "portal.edu.az" platformasında qeydiyyatdan keçməklə "Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu" xidməti vasitəsilə müraciət göndərməlidirlər:
"Qeydiyyatdan keçən müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır".
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...