Rusiyada Apple ID və Google ID ilə girişə görə cərimə tətbiq olunmağa başladı

Rusiyada Apple ID və Google ID ilə girişə görə cərimə tətbiq olunmağa başladı
Digər 15

Rusiyada internet saytlarında istifadəçilərin Apple ID, Google ID və digər xarici xidmətlər vasitəsilə autentifikasiyasına görə cərimə nəzərdə tutan qanun qüvvəyə minib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Bildirilib ki, Rusiya Prezidenti Vladimir Putinin iyunun 26-da imzaladığı qanuna əsasən, ölkədə internet resurslarına giriş və istifadəçilərin identifikasiyası yalnız Rusiya telefon nömrəsi, "Gosuslugi" dövlət xidmətləri platforması və digər yerli sistemlər vasitəsilə həyata keçirilə bilər.

Yeni qaydaların pozulması halında vətəndaşlar, vəzifəli şəxslər və şirkətlər inzibati qaydada cərimələnəcəklər.

Artıq Rusiyada fəaliyyət göstərən bəzi onlayn xidmətlər istifadəçilərə Apple ID və Google ID vasitəsilə giriş imkanının dayandırıldığı barədə bildirişlər göndərməyə başlayıb.

Qeyd edək ki, Rusiya son illər rəqəmsal platformalarda yerli texnologiya infrastrukturunun geniş tətbiqi və istifadəçi məlumatlarının ölkə daxilində saxlanılması istiqamətində qanunvericilik tədbirlərini gücləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər