Rusiya Müdafiə Nazirliyi: "Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik"

Rusiya Müdafiə Nazirliyi: Donetskdə 2 yaşayış məntəqəsini ələ keçirdik
Digər 58

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətinin Vyyemka və Pticye qəsəbələrinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.

BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib. 

Rusiya ordusunun Ukraynada irəliləməyə davam etdiyi bildirililib.

Açıqlamada "Hərbi əməliyyat başlayandan bəri Ukrayna Ordusuna məxsus 641 təyyarə, 283 helikopter, 30 min 920 İHA, 575 hava hücumundan müdafiə raket sistemi, 17 min 801 tank və zirehli texnika, 1434 çoxlüləli reaktiv yaylım atəşi sistemi, 13 min 898 haubitsa və minaatan və 25 min 501 xüsusi təyinatlı hərbi texnika məhv edilib" - deyə qeyd edilib. 

Nazirliyin açıqlamasında o da bildirilib ki, Ukrayna ordusu avqustun 6-dan etibarən Kursk istiqamətində 8500 əsgər, 80 tank və 37 piyada bölməsi yerləşdirib. 69 zirehli transportyor və 537 zirehli texnikanın itirildiyi qeyd edilib.

Son xəbərlər