"Ruby Princess" kruiz gəmisində kütləvi norovirusa yoluxma halı qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Alyaska və Kanada istiqamətində səfər edən "Ruby Princess" adlı sərnişin laynerində 120 nəfərdən çox adam norovirus infeksiyasına yoluxub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı "The Guardian" nəşri ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) açıqlamasına istinadən yayıb.
"Princess Cruises" şirkətinə məxsus su nəqliyyatı vasitəsi dezinfeksiya tədbirləri üçün San-Fransisko limanında dayandırılıb. Xəstələnənlərin təqribən 100 nəfəri sərnişin, 23 nəfəri isə gəmi heyətinin üzvüdür. Ümumilikdə isə laynerdə 3 032 sərnişin və 1 144 nəfərlik ekipaj üzvü olub.
Laynerdə sanitar təhlükəsizlik qaydaları sərtləşdirilib, o cümlədən əlavə dezinfeksiya və təmizlik işləri həyata keçirilib. Xəstəlik əlamətləri daşıyan ekipaj heyəti və sərnişinlər dərhal təcrid olunublar.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...