Rəşad Nəbiyev: Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir
Azərbaycanın rəqəmsal məhsulları Misirə ixrac üçün geniş imkanlara malikdir.
Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev özünün "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, Misirə işgüzar səfər çərçivəsində Qahirə şəhərində iki ölkə şirkətlərinin iştirakı ilə keçirilən biznes forumda iştirak ediblər:
"Forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağına əminlik ifadə etdik. Azərbaycanın yüksək texnologiyalar parklarında İT şirkətləri üçün tətbiq edilən güzəşt və imtiyazlar barədə məlumat verdik. Ölkəmizin rəqəmsal məhsullarının Misirə ixracı imkanlarının geniş olduğunu diqqətə çatdırdıq", - R.Nəbiyev vurğulayıb.
Misirə işgüzar səfər çərçivəsində Qahirə şəhərində Azərbaycan və Misir şirkətlərinin iştirakı ilə keçirilən biznes forumda iştirak etdik.
— Rashad Nabiyev (@RashadNNabiyev) November 24, 2025
Forumda çıxış edərək bu kimi tədbirlərin iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacağına əminlik ifadə… pic.twitter.com/91Z7wcoXku
Oxşar xəbərlər
Ramiz Mehdiyev vəkilindən imtina etdi
İttiham olunduğu xüsusilə ağır cinayətlərlə bağlı ev dustaqlığında saxlanılan Ramiz Mehdiyev dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. BAKU.WS "Qafqaz...