Rahib Azəri: "Nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var"
"Qapqara" verilişinin budəfəki buraxılışının qonağı Əməkdar mədəniyyət işçisi Rahib Azəri olub.
Atası ilə bağlı xatirələrindən söz açan Rahib Azəri onu itirəndən sonra mənəvi olaraq böyüdüyünü söyləyib:
"Atamı itirdiyim gün böyüdüyümü hiss etdim. Onun ölümündən sonra atamdan qalan bağ evinə gedə bilmirdim. Həmin vaxt 33 yaşım var idi və məhz o gün anladım ki, artıq ailənin böyüyü mənəm. Üzərimdəki məsuliyyət daha da artmışdı".
O həmçinin müasir televiziyaların mövcud vəziyyətini tənqid edib və bəzi aparıcıların peşə etikasına riayət etməməsindən gileylənib:
"Təəssüf ki, bu gün televiziyada danışığı ilə insanları yoran, nitqində heç bir məna və informasiya yükü olmayan aparıcılar var. Aparıcı etikasını qoruyaraq ad çəkmək istəmirəm, amma eləsi var ki, kanalı nə vaxt açırsan, ancaq onun səsini eşidirsən. İnsan özü başa düşməlidir ki, tamaşaçını yorur. Təsəvvür edin, verilişə 3-4 qonaq çağırır, amma efir vaxtının 80 faizində özü danışır, qonaqlara isə cəmi 20 faiz vaxt qalır".
Oxşar xəbərlər
Bakı məktəbində şagirdin hərəkəti gündəm oldu
Sosial şəbəkələrdə paytaxtın 212 nömrəli tam orta məktəbində 8-ci sinif şagirdinin salto vurmasını əks etdirən görüntülər yayılıb. Məktəb rəhbərliyindən verilən...