Rafael Şvarstman: "Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər"

Rafael Şvarstman: Mərkəzi Asiya əsas tranzit aviasiya qovşaqlarından birinə çevrilə bilər
Digər 46

Mərkəzi Asiya regionu sürətli artım nümayiş etdirir və böyük tranzit aviasiya qovşağına çevrilmək üçün əhəmiyyətli potensiala malikdir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) Avropa üzrə regional vitse-prezidenti Rafael Şvarstman IATA-nın 82-ci illik ümumi yığıncağı (AGM) və Ümumdünya Hava Nəqliyyatı Sammiti (WATS) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, regionun inkişafına təkcə iqtisadi artım deyil, həm də mövcud geosiyasi vəziyyət kömək edir:

"Mərkəzi Asiya ölkələri mühüm tranzit qovşağına çevrilmək potensialına malikdir. Bu istiqamətdə artımın əlavə amili kimi indiki geosiyasi vəziyyət çıxış edir. Bu gün Şərq və Qərb arasında uçuşlar üçün bir sıra hava məkanlarının bağlandığını müşahidə edirik. Bu da trafikin bir hissəsinin bu region vasitəsilə yönləndirilməsinə gətirib çıxarır və onun inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə, yük daşımaları üçün əlavə perspektivlər açılır. Marşrutlar uzanıb və bir sıra hallarda aralıq enmələrə ehtiyac yaranır. Hazırda bu potensialın reallaşdırılması yolları fəal şəkildə müzakirə olunur. Məhz buna görə biz regionda həm sərnişin, həm də yük daşımalarında çox yüksək artım templəri görürük. Eyni zamanda, mövcud potensial hələ tam tükənməyib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər