Qovunun faydaları açıqlandı: Kimlərə qadağandır?
Qovun yay mövsümünün sevilən meyvələrindən biri olmaqla yanaşı, vitamin və minerallarla da zəngindir. Endokrinoloq Marqarita Belousovanın sözlərinə görə, qovun orqanizm üçün faydalı maddələr ehtiva etsə də, onu "super qida" hesab etmək düzgün deyil.
BAKU.WS xəbər verir ki, mütəxəssis bildirib ki, qovunun tərkibində antioksidant xüsusiyyətlərə malik karotinoidlər, C vitamini və fenol birləşmələri var. Bu maddələr hüceyrələri sərbəst radikalların zərərli təsirindən qorumağa kömək edir. Qovun toxumlarında isə E vitamini və omeqa-3 yağ turşuları mövcuddur.
Bundan əlavə, qovunun tərkibində A, C, E, K vitaminləri, B qrupu vitaminləri, həmçinin kalium, maqnezium, fosfor, kalsium və selen kimi minerallar yer alır.
Həkim vurğulayıb ki, qovun balanslaşdırılmış qidalanmanın bir hissəsi ola bilər, lakin orqanizmin bütün vitamin və mineral ehtiyacını təkbaşına qarşılamır.
Belousovanın sözlərinə görə, qovunun tərkibindəki C vitamini, antioksidantlar və kalium ürək-damar sistemi və immunitet üçün faydalı ola bilər. Bununla belə, hazırda qovunun immuniteti əhəmiyyətli dərəcədə gücləndirdiyini təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.
Mütəxəssis qeyd edib ki, qovun şəkər tərkibli meyvə olduğundan, şəkərli diabeti olan şəxslər və qan şəkərinə nəzarət etməli olan insanlar onu ölçülü şəkildə qəbul etməlidirlər. Həddindən artıq istifadə isə artıq kalori qəbuluna və qan şəkərinin yüksəlməsinə səbəb ola bilər.
Oxşar xəbərlər
Bəzi rayonlara leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
İyulun 30-31-də Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir. Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən m...