Qazaxıstanda internetlə bağlı qaydalar sərtləşdirilir: Söyüş yazanlar cərimə oluncaqlar
Yeniliklərdən dərhal xəbərdar olun
Qazaxıstanda internetdə nalayiq ifadələrdən istifadəyə görə cərimələrin tətbiqi nəzərdə tutulur. Qanunvericiliyə müvafiq dəyişikliklər artıq hazırlanıb və müzakirə mərhələsindədir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Liter.kz nəşri məlumat yayıb.
Planlaşdırılan dəyişikliklər barədə Qazaxıstanın Baş naziri Oljas Bektenov ictimai məkanda nitq və davranış mədəniyyətinə dair deputat sorğusuna cavabında məlumat verib.
Müzakirələrə səbəb transformasiya təlimlərindən biri ilə bağlı sosial şəbəkələrdə geniş yayılan video olub. Kadrlarda iştirakçıların psixoloji təcrübə çərçivəsində qeyri-etik ifadələrdən istifadə etməsi ictimai rezonans doğurub. Bundan sonra deputatlar bu cür tədbirlərin tənzimlənməsi və təlimlərin, seminarların, ictimai mühazirələrin təşkilatçıları üçün daha aydın etik meyarların müəyyənləşdirilməsini təklif ediblər.
Baş nazirin cavabında qeyd olunub ki, onlayn platformalar və media ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb. Sənəd onlayn platformalarda nalayiq ifadələrdən istifadəyə görə inzibati məsuliyyət nəzərdə tutur. Qanun layihəsinin bu ay parlamentin müzakirəsinə çıxarılması planlaşdırılır.
Dəyişikliklər qəbul edilərsə, məsuliyyət yalnız real həyatda deyil, həm də onlayn platformalardakı paylaşımlara, şərhlərə və digər ünsiyyət formalarına da şamil oluna bilər.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...