Qazaxıstan AZAL təyyarəsinin qəzasına dair araşdırmanın ilkin nəticələrini dərc etdi - DETALLAR
Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsi ilə bağlı aparılan araşdırmanın ilkin nəticələrinə dair hesabatına əsasən hadisənin bir sıra yeni detalları məlum olub.
Oxu.Az nazirliyə istinadən məlumat verir ki, təyyarədəki yanğının əsas mənbəyi sağ qanad, gövdənin burnu və mərkəzi hissələri və sol qanad olub. Mütəxəssislər gövdənin quyruq hissəsində, şaquli stabilizatorda, sükanda müxtəlif ölçülü və formalı çoxsaylı açıq və qeyri-müəyyən zədələr aşkar ediblər. Oxşar zədələr təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissələri və komponentlərində aşkar edilib.
Bəzi yerlərdə zədələr düzbucaqlı formada olublar. Hesabatda indiyədək dərc edilməyən fotolar da öz əksini tapıb.
Bununla yanaşı, hesabatdan məlum olub ki, "Kovyor" planı Azərbaycan təyyarəsinin vurulmasından 8 dəqiqə sonra işə salınıb.
Qalereya
***19:50
Qazaxıstan Nəqliyyat Nazirliyi "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib.
"Report"un yerli bürosunun məlumatına görə, hesabat nazirliyin rəsmi saytında yerləşdirilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Oxşar xəbərlər
Əş-Şaraa dövrünün ən qanlı hücumu: Mənbic döyüş zonasına çevrildi
Suriyanın şimalında, "Azadlıq şəfəqi" əməliyyatı çərçivəsində terror təşkilatı PKK/YPG-dən təmizlənən Mənbicdə bombalı hücum olub. Bu barədə "Haber Global"ın ha...