"Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur
"Qarabağ" klubunun azərbaycanlı futbolçularına maraq çoxdur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis təkliflər barədə danışıb:
"Hər futbolçunu başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların vasitəçiləri çoxalır. Bu da bizi narahat edir. Hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də azərbaycanlı futbolçulara maraq daha çoxdur".
O, futbolçu transferinə daha çox vaxt ayırdıqlarını söyləyib:
"Danışıqlar gedir. Hansı səviyyədə olacağını görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə oyunçular cəlb etməliyik"
Qeyd edək ki, "Qarabağ" 2026-cı ildə ilk rəsmi oyununu yanvarın 21-də UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda Almaniyanın "Ayntraxt" (Frankfurt) klubuna qarşı keçirəcək.
Oxşar xəbərlər
2026-cı ilin ilk aylarından kasıblayacaq bürclər
Yeni ilin başlanğıcı bəziləri üçün böyük imkanlar, digərləri üçün isə sınaqlar dövrü olacaq. Astrologların proqnozlarına görə, 2026-cı ilin ilk aylarında (yanva...