Qadağalar içində ümid: İranlı qadınların Yeni il həyəcanı
Tehranda Yeni ilin yaxınlaşması gənc qadınlar arasında xüsusi canlanma yaradıb.
BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Sosial mediada paylaşılan görüntülər və şəhər mərkəzlərindəki ab-hava göstərir ki, məhdudiyyətlərə baxmayaraq, gənclər Yeni ilin gəlişini qeyd etməyə çalışırlar.
İranda qadınlar məcburi hicab qaydası ilə bağlı nəzarət və təzyiqlərlə üzləşsələr də, bu onların bayram ovqatından geri qalmasına mane olmur. Gənc qadınlar sadə bəzəklər, kiçik hədiyyələr, fotolar və dost çevrəsində keçirilən görüşlərlə Yeni il əhvali-ruhiyyəsini yaşadırlar.
Bu davranışlar gənc qadınların gündəlik məhdudiyyətlər fonunda normal həyat və sevinc ehtiyacını ifadə edən sakit, lakin simvolik mesajdır.
Oxşar xəbərlər
Sabah 10 dərəcə isti olacaq
Azərbaycanda dekabrın 23-də havanın yağmursuz keçəcəyi gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb Bakıda və Ab...