Plastik torbalar haqqında bilməli olduğunuz 5 maraqlı fakt
İyulun 3-ü dünyada Beynəlxalq Plastik Torbalardan İmtina Günü kimi qeyd olunur. Gündəlik həyatda geniş istifadə olunan plastik torbalar haqqında bir çox maraqlı fakt mövcuddur.
BAKU.WS xəbər verir ki, mütəxəssislər plastik torbalarla bağlı beş mühüm məqamı açıqlayıblar.
Plastik torbalar əvvəlcə təbiəti qorumaq məqsədilə hazırlanıb. Onlar kağız torbalara alternativ kimi yaradılıb və bununla ağacların kəsilməsinin qarşısını almağın mümkün olacağı düşünülürdü.
Dünyada hər il trilyonlarla plastik torbadan istifadə olunur. Onların böyük hissəsi isə cəmi bir neçə dəqiqə istifadə edildikdən sonra tullantıya çevrilir.
Plastik torbalar təbiətdə yüz illərlə qalır. Onlar qısa müddətdə parçalanmır, zamanla mikroplastik hissəciklərə çevrilərək torpağa və su hövzələrinə yayılır.
Dəniz canlıları üçün ciddi təhlükə yaradır. Bir çox heyvan plastik torbaları qida hesab edərək udur və bu, onların ölümünə səbəb ola bilir.
Təkrar istifadə və emal mümkündür. Mütəxəssislər birdəfəlik plastik torbalar əvəzinə uzunömürlü parça çantalardan istifadə etməyi, plastik torbaları isə mümkün qədər təkrar istifadə edib sonradan emala verməyi tövsiyə edirlər.
Ekspertlərin fikrincə, plastik tullantıların azaldılması istiqamətində atılan kiçik addımlar belə ətraf mühitin qorunmasına mühüm töhfə verə bilər.
Oxşar xəbərlər
Leyla Əliyevanın doğum günüdür
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri,...