Ötən il xarici məhkəmələrin qətnamələrinin 4 faizi Azərbaycanda tanınıb
Ötən il Kommersiya kollegiyası üzrə icraatda olan işlər 2024-cü illə müqayisədə 17,9 faiz artıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclasında deyilib.
Qeyd olunub ki, 2025-ci ildə Kommersiya kollegiyasının icraatında olan 1026 işdən 91 faiz iş kommersiya mübahisələri üzrə, 4 faiz iş xarici məhkəmələrin qətnamələrinin Azərbaycanda tanınması və icrası ilə bağlı olub. İcraatda olmuş kommersiya mübahisələri ilə bağlı 937 işdən 82 faiz iş yekunlaşdırılıb. Baxılmış işlərdən 81,1 faiz işlə bağlı məhkəmə aktı dəyişdirilmədən saxlanılıb, 18,1 faiz iş üzrə məhkəmə aktı ləğv edilib, 0,8 faiz iş üzrə isə məhkəmə aktı dəyişdirilib.
Oxşar xəbərlər
Azərbaycanda ötən il beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard dollarlıq yük daşınıb
Ötən il Azərbaycanda beynəlxalq dəmiryolu nəqliyyatı ilə 3 milyard 59 milyon 692,8 min ABŞ dolları dəyərində 7 milyon 80 min 152,2 ton yük daşınıb. BAKU.WS repo...