Nyu-Yorkda Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı məlumatlandırma aksiyası keçirilib
ABŞ-nin Nyu-York şəhərində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib.
"Report"un ABŞ bürosu xəbər verir ki, aksiya Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.
Üzərində Xocalı soyqırımı ilə bağlı tarixi faktlar, "Xocalıya ədalət!" şüarı və matəm rəmzi olan qərənfillərin əks olunduğu LED ekranlı avtomobil Nyu-Yorkun mərkəzi küçələrində hərəkət edib.
Avtomobil BMT-nin Nyu-Yorkdakı qərargah binasının önündə dayanıb və aksiya yerli ictimaiyyətin marağına səbəb olub. Məlumatlandırma tədbiri gün ərzində davam edəcək.
Qeyd edək ki, artıq bir neçə ildir Xocalı soyqırımı ərəfəsində ABŞ-nin müxtəlif şəhərlərində təşkil olunan bu aksiyanın məqsədi yerli sakinləri Xocalı həqiqətləri barədə məlumatlandırmaqdır.
Oxşar xəbərlər
Kişilərdə ürək sağlamlığı üçün 35 yaş kritikdir
Yeni araşdırmaya görə, kişilər ürək xəstəlikləri riskinə qadınlardan təxminən 7 il əvvəl, 35 yaşdan başlayırlar. 50 yaşına çatanda gələcək 10 il üçün ürək xəstə...