Noyabr ayının ən QƏRİBƏ hadisələri - it icra hakimi oldu, robot "həmkar"ını qaçırıb...
Noyabr ayı bir-birindən maraqlı və qəribə hadisələrlə yadda qalıb.
BAKU.WS haberglobal-a istinadən xəbər verir ki, bu ay dünyada bir çox maraqlı hadisəni özündə ehtiva edir.
Avstraliyada "koala sürprizi"
Avstraliyanın Adelaide şəhərində yaşayan Fran Dias Rufin və həyat yoldaşı Brunno evlərinə qayıtdıqda gözlənilməz bir mənzərə ilə qarşılaşıblar. Yataq otaqlarında bir koalanın olduğunu görən cütlük bu anları Instagram-da paylaşıb. Koalanın yataqda oturduğu və baxışlarını cütlüyə yönəltdiyi görüntülər böyük marağa səbəb olub. Rufin qeyd edib ki, həyat yoldaşı koalanı ədyal ilə evdən çıxarıb:
"Qorxulu olduğu qədər maraqlı bir an idi. Belə hadisələr yalnız Avstraliyada baş verə bilər."
Kyotoda "pəncəli" bələdiyyə başqanı
"Maggie" adlı bir it Yaponiyada "İt Günü" münasibətilə Kyotonun Kameoka şəhərinin fəxri icra hakim seçilib. Bir günlük iş müddətində Maggie foto müsabiqəsinin mükafatlandırma mərasimində iştirak edib, bələdiyyə binasını gəzib və sakinlərlə ünsiyyət qurub. Bu tədbir ev heyvanları ilə sahibləri arasındakı əlaqəni gücləndirmək məqsədilə təşkil olunub.
Trump dövründən qaçmaq istəyənlərə "qəribə" təklif
ABŞ-ın "Villa Vie Residences" adlı bir gəmi turu şirkəti Donald Trump-ın ikinci prezidentlik dövründən uzaq durmaq istəyənlərə unikal bir imkan təklif edib. Şirkət ABŞ-a ayaq basmadan 4 il boyunca dünyanın 140 ölkəsini və 425 limanını gəzməyi təklif edən bir kruiz turunu təqdim edib. Bu tur illik 40 min dollar məbləğində təklif olunur.
Perunu həşəratlarla tərk etməyə çalışan şəxs yaxalandı
Peruda bir şəxs bədəninə yapışdırdığı 320 tarantula, 110 qırxayaq və 9 güllə qarışqası ilə ölkəni qanunsuz tərk etməyə çalışarkən tutulub. Təhlükəsizlik xidmətinin diqqətini onun şişkin qarın görünüşü çəkib və axtarış zamanı 439 həşərat tapılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Çində robot 12 robotu "qaçırıb"
Şanxayda bir robot sərgi zalında digər 12 robotu "qaçırıb". Videoda "Erbai" adlı robotun digər robotlarla iş şəraitini müzakirə etdiyi və onları sərgi zalını tərk etməyə inandırdığı görülür.
Biyonsenin həyatı Yale Universitetində tədris olunacaq
Amerikalı müğənni Biyonsenin həyatı və mədəni irsi 2025-ci ildən Yale Universitetində dərs proqramına daxil ediləcək. Dərsdə onun musiqi vasitəsilə sosial və siyasi ideologiyalara töhfəsi araşdırılacaq.
Oxşar xəbərlər
Pulunuza qənaət etmək istəyirsinizsə, BUNLARI EDİN
Maliyyə sabitliyinə gedən yol pullardan ağıllı şəkildə istifadə etməkdən keçir. Əgər pulunuz varsa… Bunun üçün iqtisadi biliklərə malik olmaq və ya xüsusi təhsi...