Noyabr ayının ən faydalı mövsüm meyvəsi - Şirəsindən gündə bir stəkan içmək…
Noyabr ayı nar mövsümünün zirvəsidir. Qırmızı rəngi, turş-şirin dadı və saysız faydaları ilə nar bu ayın ən dəyərli meyvələrindən sayılır.
BAKU.WS xəbər verir ki, narın tərkibində antioksidant, C vitamini və kalium kimi orqanizm üçün vacib maddələr bol miqdarda mövcuddur.
Bu maddələr immun sistemini gücləndirir, xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır və ürək-damar sağlamlığını qoruyur.
Nar həmçinin qan dövranını yaxşılaşdırır, qan təzyiqini tənzimləyir və dəriyə parıltı verir. Qadınlar üçün xüsusilə faydalı sayılan bu meyvə hormon balansını qorumağa kömək edir.
Diyetoloqlar narın təzə halda, şirəsi sıxılaraq və ya salatlarda istifadə edilməsini tövsiyə edirlər. Gündə bir stəkan təbii nar şirəsi içmək bədəni toksinlərdən təmizləyir və enerji verir.
Noyabrda nar yemək təkcə immuniteti möhkəmləndirmir, həm də soyuq havalarda orqanizmin müqavimətini artırır.
Oxşar xəbərlər
Vaxtından əvvəl ölümlə nəticələnə biləcək gözlənilməz risk faktoru aşkarl
Koronar arteriyalarda kalsium çöküntülərinin olmaması təkcə ürək-damar xəstəliklərindən qorumur, həm də ümumi erkən ölüm riskini azaldır. Bu, ABŞ-nin Solt Leyk...