Növbəti üç gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ
11
iyl
2026
16:50
İyulun 12-14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.
Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Naxçıvan MR, Şəmkir, Gəncə, Daşkəsən, Goranboy, Naftalan, Siyəzən, Şabran, Xızı, Xaçmaz, Tərtər, Bərdə, Mingəçevir, Hacıqabul, Neftçala, Masallı, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabadda sarı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Oxşar xəbərlər
Sabah çimərliklərdə hava küləkli olacaq
Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki...