"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib
24
iyl
2026
15:49
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Neftçi" İdman Klubu yeni loqosunu ictimaiyyətə təqdim edib.
BAKU.WS xəbər verir ki, klubun yeni emblemi ənənəvi ağ-qara rənglərdə hazırlanıb.
Loqonun mərkəzində klubun ilk rəmzinin konturları, adının baş hərfi və neft buruqları təsvir olunub. Emblemin yuxarı hissəsində "Neftçi" İdman Klubunun adı, aşağı hissəsində isə klubun yaranma tarixi olan "1937" əksini tapıb.
Klubdan bildirilib ki, yeni loqo "Neftçi"nin tarixi irsini qorumaqla yanaşı, müasir vizual kimliyini də özündə əks etdirir.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...