Neft Daşlarında dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA

Neft Daşlarında dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb - FAKTİKİ HAVA
Digər 42

Ölkə ərazisində yağıntılı hava şəraiti gecə saatlarında da davam edib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabrın 27-si saat 10:00-a olan məlumatına əsasən, səhər qərb rayonlarında tədricən kəsilib, şərq rayonlarında fasilələrlə müşahidə olunur, dağlıq rayonlara qar yağıb.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 5 mm, Astarada 34 mm, Lənkəranda 26 mm, Qəbələ və Qobustanda 13 mm, Lerikdə 11 mm, Xaltanda 9 mm, Yardımlıda 8 mm, Qax və Cəfərxanda 7 mm, Sabirabadda 5 mm, Şəkidə 4 mm, Altıağac, Oğuz, Beylaqan, Kürdəmir, Daşkəsən, Gədəbəy, Göyçay və Qusarda 3 mm, Neftçala və Şabranda 2 mm, Zaqatala, Balakən, Qubada 1 mm olub.

Quba və Zaqatala rayonlarının dağlıq kəndlərinə qar yağıb.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da və Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.

Oktyabrın 27-si səhər saatlarından qərb rayonlarında yağıntılar kəsilsə də, Bakıda və Abşeron yarımadasında və şərq rayonlarında gündüzədək fasilələrlə çiskinli hava şəraitinin davam edəcəyi gözlənilir.

Oxşar xəbərlər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Heç kəslə asanlıqla dost ola bilməyən bürclər

Astrologiyada bəzi bürclərin daha çətin ünsiyyət quran, təklik sevən və ya insanlarla asan dostluq qura bilməyən xüsusiyyətlərə malik olduğu düşünülür. Bu o dem...

143 Digər 23:59 03 iyul 2025

Son xəbərlər