NASA: Günəş hazırda maksimum aktivlik səviyyəsinə çatıb - TƏHLÜKƏ VAR?

NASA: Günəş hazırda maksimum aktivlik səviyyəsinə çatıb - TƏHLÜKƏ VAR?
Digər 43

NASA rəsmi olaraq elan edib ki, Günəş hazırda maksimum aktivlik səviyyəsinə çatıb.

BAKU.WS xaici mediaya istinadən xəbər verir ki, Günəş 11 illik dövrünün zirvəsinə çataraq günəş ləkələri, günəş partlayışları və koronal kütlə atılmaları kimi qeyri-adi hadisələrlə özünü göstərəcək.

Eyni zamanda Günəş qarşıdakı aylarda intensiv hərəkətlilik nümayiş etdirəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və durğun dövrə nə vaxt keçəcəyi hələ məlum deyil.

NASA-dan verilən açıqlamaya görə, Günəş hər 11 ildə bir müəyyən dövrlərdən keçir və bu dövrlər ərzində müxtəlif dəyişikliklər baş verir.

Alimlər Günəşin daxilindəki prosesləri tam olaraq başa düşmürlər. Günəşin aktivlik dövrünü dəqiq proqnozlaşdırmaq çətindir, çünki hər dövr fərqli uzunluqda və şiddətdə ola bilər.

Günəşin aktivlik dövrünün ən önəmli göstəricilərindən biri səthindəki ləkələrdir.

Bu ləkələr maqnit sahələrinin sıxlaşdığı bölgələr sayılır. Hansı ki isti plazmanın axınını əngəlləyərək bu sahələrin ətrafa nisbətən daha soyuq və qaranlıq görünməsinə səbəb olur.

Gələcək aylarda Günəşin bu intensiv aktivlik dövrü davam edəcək və alimlər bu prosesdə Günəş haqqında yeni, önəmli məlumatlar əldə edə bilərlər.

Oxşar xəbərlər

Son xəbərlər