Müğənni Damla: "Kim olmusan ki?" deyirlər"
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin "Qapqara" verilişinin yeni buraxılışı yayımlanıb.
Proqramın budəfəki qonağı müğənni Damla olub. Allahı tanımaqla bağlı fikrini bildirən sənətçi onu təmənnasız sevdiyini söyləyib:
"Hərdən düşünürəm, nə olsun ki, arxamda çox güvənəcəyim dağ kimi adam yoxdur, Allah var, bəsdir. Hər şeydə ona arxayın oluram. Kimi Allahı qorxusundan, kimi işi düşdüyü üçün, kimi də təkliyinə görə, yaxud var-dövlətini itirməmək üçün tanıyır. Amma mənim onunla olan bağımda heç bir təmənna yoxdur".
Müğənni zəhmətlə zirvəyə qalxan insanları keçmişdə məşğul olduğu işlərə görə qınayanlardan da gileylənib:
"Vaxtilə hansısa şirkətdə çalışan, satıcı olan, yaxud xadimə kimi işləyən insan illər sonra zəhmətlə, zülmlə tanınıb sevilirsə, onu keçmişi ilə vurmağın adı nədir?! Xaricdə belə adamlara qəhrəman kimi baxırlar. Deyirlər ki, öz həyatını haradan-haraya dəyişib. Bizdə isə həmin insanlar haqqında "kim olmusan ki?" deyirlər".
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...