Meyvələri soyuq yeməyin bilinməyən zərərləri - O orqanı məhv edir

Meyvələri soyuq yeməyin bilinməyən zərərləri - O orqanı məhv edir
Digər 61

Meyvələr sağlam qidalanmanın ən vacib hissələrindən biridir. Tərkibindəki vitamin, mineral, lif və antioksidantlar sayəsində həm immun sistemi gücləndirir, həm də həzm, dəri və ümumi sağlamlıq üçün faydalıdır. Lakin meyvələrin istehlak üsulu onların faydalarını birbaşa təsir edə bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin fikrincə soyuducudan çıxarırlıb yeyilən soyuq meyvələr orqanizm üçün zərərlidir.

Xüsusilə yay aylarında bir çox insan soyuducudan çıxan soyuq meyvələri dərhal yeyir. İlk anda sərinlik hissi versə də, həkimlərin sözlərinə görə, bu vərdiş düşündüyünüzdən daha çox zərərlidir.

Belə ki, soyuq meyvələr mədə turşuluğunu təsirləndirərək həzm problemi və şişkinlik yarada bilər.

İmmuniteti zəif olanlarda limfa düyünü iltihabı və ya farengit kimi problemləri qabarda bilər.

Çox soyuq meyvələr diş minasına təsir edərək ağrı və həssaslıq yarada bilər.

Bədən soyuq qidanı isitmək üçün əlavə enerji sərf edir, bu da həzm prosesini yavaşladır.

Həkimlər tövsiyə edir ki, meyvələr otaq temperaturunda və ya azca isitdikdən sonra istehlak edilsin. Bu, həm həzm sistemini qoruyur, həm də vitaminlərin daha yaxşı mənimsənilməsinə kömək edir.

Son xəbərlər