Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Mərkəzi Neftçilər Xəstəxanasının onlayn növbə sisteminə qoşulması prosesi tamamlanıb.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən məlumat verilib.
Hazırda sistem üzərindən 11 ixtisas üzrə həkim (pulmonoloq, endokrinoloq, revmatoloq, nevroloq, otorinolarinqoloq (LOR), kardioloq, nefroloq, infeksionist, mama-ginekoloq, uroloq və terapevt) qəbuluna onlayn növbə götürmək mümkündür.
Vətəndaşların onlayn növbə sistemindən rahat istifadəsinin təmin edilməsi məqsədilə hazırda Mərkəzi Neftçilər Xəstəxanasında könüllülər fəaliyyət göstərir. Onlar vətəndaşların qarşılanması və sistemdən istifadə ilə bağlı istiqamətləndirmənin aparılmasına dəstək göstərirlər.
Oxşar xəbərlər
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti sarı...