Makron: Fransa və Vyetnam 9 milyard avroluq müqavilələr imzalayıb
Fransa və Vyetnam ümumilikdə 9 milyard avro dəyərində müqavilələr bağlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Vyetnama dövlət səfərində olan Fransa Prezidenti Emmanuel Makron jurnalistlərə açıqlamasında bildirib.
"Səfər çərçivəsində 9 milyard avro məbləğində müqavilələr imzalanıb", - o qeyd edib.
Makronun sözlərinə görə, demək olar ki, bütün əsas sektorlarda, o cümlədən aviasiya və dəmir yolu sahələrində bağlanmış müqavilələr iki dövlət arasında müdafiə, aviasiya və energetika sahələrində möhkəm əlaqələrin mövcudluğunu vurğulayır.
2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü illə müqayisədə 12,9 % artaraq 5,42 milyard dollara çatıb.
Oxşar xəbərlər
Yayda niyə daha tez yoruluruq?
Bir çox insan yay aylarında özünü daha halsız, yorğun və enerjisiz hiss etdiyini deyir. Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbi yüksək temperaturun orqa...