Laçınlılar Su çərşənbəsini qeyd edirlər: Sus sakinləri Novruz ənənələrindən DANIŞDILAR
Yeniliklərdən dərhal xəbərdar olun
25 fevral baharın müjdəçisi olan Su çərşənbəsidir. İllərdir Həkəri çayının həsrətində olan laçınlılar doğma yurdda Su çərşənbəsini qeyd edirlər.
"32 il bundan əvvəl biz Sus kəndində bayramı çox gözəl keçirirdik. Müxtəlif adət-ənənələrimiz var idi. Dağlıq yer olduğuna görə burada sular donurdu. Su çərşənbəsi gələndə sevinirdik ki, havalar istiləşəcək, yaz gələcək, əkin-səpin başlayacaq", - deyə Sus sakini Gülxarə Muradova Novruz ənənələrindən danışarkən deyib.
Sus sakini Oqtay İsgəndərov isə kəndlərinin Su çərşənbəsinə dair inanclarından bəhs edib:
"Su çərşənbəsini Novruzun müjdəçisi adlandırırlar. Həmin gün sular təzələnir. Qızlar səhər tezdən su üstünə gedərdilər, yenilənmiş su ilə əl-üzlərini yuyardılar. O vaxtlar Sus kəndində belə bir inanc mövcud idi ki, xəstə adam yenilənmiş suyun üzərindən o tərəfə, bu tərəfə keçsə, onun xəstəliyi orada qalacaqdı. Şükürlər olsun ki, 32 ildən sonra biz yenidən kəndimizə qayıtdıq. İndi bu il həmin adətləri Susda bir daha yaşadacağıq".
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...