Kür çayında suyun səviyyəsi artıb
11
apr
2026
20:20
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində son günlər suyun səviyyəsində ciddi artım müşahidə olunur.
BAKU.WS xəbər verir ki, ölkə ərazisində yağan intensiv və fasiləsiz yağışlar çayın su rejiminə təsirsiz ötüşməyib.
Nəticədə son həftə ərzində çayda suyun səviyyəsi 1,5 metrdən çox qalxıb.
Ümumilikdə isə minimum həddən indiyədək Kür çayında suyun artım səviyyəsi 2,5 metrə çatıb.
Məlumata görə, mövcud vəziyyət hələlik çay sahili boyunca yerləşən yaşayış məntəqələri üçün birbaşa təhlükə yaratmır.
Oxşar xəbərlər
Hava ilə bağlı vacib məlumat: Leysan, dolu ...
Sentyabrın 18-20-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq. Əsasən yağmursuz hava gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Mi...