Kresloda verdiyi pozla gündəmə gələn Serenay Sarıkayadan açıqlama - 30 min dollar…
Son günlər lüks və bahalı mənzili ilə gündəmə gələn məşhur türkiyəli aktrisa Serenay Sarıkaya yenə də diqqət mərkəzindədir.
BAKU.WS xəbər verir ki, lüks evinin bəzəyinə çevrilən bahalı kresloda poz verən gözəl aktrisanın görüntüləri birmənalı qarşılanmayıb.
Belə ki, dəyəri 30 min dollar təşkil edən bəbir naxışlı kresloda şəkil çəkdirən aktrisa hər kəsin dilinə düşüb.
"Çox tutarsız və qəribə şeylər yazılıb. Onlar reallığı əks etdirmir. İlk dəfədir ki, belə bir şey edirəm. İlk dəfə özümə ev tikdirdim.
Sonra da evimin qapılarını "AD Middle East" jurnalı üçün açdım. Mən evdə xoşbəxtəm. Evimin qapısını açanda bir az da əsəblərim sakitləşir", - deyə aktrisa deyilənlərə aydınlıq gətirib.
Qeyd edək ki, bir müddət əvvəl məşhur aktrisa Serenay Sarıkaya lüks və bahalı mənzili ilə gündəmə gəlib.
O, evinin qapılarını "AD Middle East" adlı jurnala açıb. "AD Middle East" baş ofisi Dubayda yerləşən pretijli jurnallardan biridir.
Serenayın mənzilində daha çox tünd rənglərə üstünlük verilib. Onun avanqard və tavanı hündür otaqları sözün əsl mənasında göz oxşayır. Lüks mənzilin vanna otağında mərmərdən vanna da var.
Aktrisanın müasir dizaynlı evi İstanbulun mərkəzi hissələrindən birində yerləşir.
Qalereya
Oxşar xəbərlər
Bu bürclərdən UZAQ DURUN – ÇÜNKİ...
Astrologiyay görə, bəzi bürclər digər bürclərə nisbətən daha çox danışmağa meyillidir. Ünsiyyət bacarıqları və danışıq qabiliyyətləri ilə tanınan bu bürclər, ət...