Kolleclərə ixtisas seçiminin aparılacağı tarix MƏLUM OLDU
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 5-ci nömrəsini nəşr edib.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, jurnalda 2026-2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və s. məlumatlar əksini tapıb.
Qeyd edək ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi 28 avqust - 2 sentyabr tarixlərində aparılacaq.
Bundan əlavə, "Abituriyent" jurnalının bu xüsusi buraxılışında tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları da dərc edilib.
Oxşar xəbərlər
İtaliyanın Sardiniya adasında uzunömürlülüyün sirləri araşdırılıb
İtaliyanın Sardiniya adasındakı Bolotana kəndində yaşayan uzunömürlülərin həyat tərzi "National Geographic" tədqiqatçılarının diqqətini cəlb edib. Kənd sakinlə...