Kollecə hazırlaşanların DİQQƏTİNƏ: Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/27-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.
BAKU.WS xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq:
"Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək:
6401 - fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);
152 - fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).
Qabiliyyət imtahanları ilə bağlı daha ətraflı məlumat almaq üçün DİM-in nəşrlərini və saytını mütəmadi izləmək tövsiyə olunur".
Oxşar xəbərlər
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb
Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri Trendyol əfsanəvi moda simaları Adriana Lima və Alessandra...