Kişilər ailədə qadın dığ-dığından necə xilas ola bilərlər? - Ailədə problem yaşayanlara VACİB MƏSLƏHƏTLƏR

Kişilər ailədə qadın dığ-dığından necə xilas ola bilərlər? - Ailədə problem yaşayanlara VACİB MƏSLƏHƏTLƏR
Digər 109

Ailə daxilində tez-tez yaşanan gərginliyin səbəbini yalnız bir tərəfə – qadına və ya kişiyə bağlamaq düzgün deyil. Bu vəziyyət əksər hallarda ünsiyyət boşluğundan, emosional ehtiyacların vaxtında ifadə olunmamasından və yığılmış gərginlikdən yaranır.

Bu barədə psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, kişilər əksər hallarda qadının danışığına reaksiya verir.

"Kişilərin qadın "dığ-dığı"na kəskin reaksiya verməsi düzgün ünsiyyət forması deyil. Yoldaşına reaksiya yerinə cavab verilməlidir. Kişilərin ən çox etdiyi səhv qadının narazılığını hücum kimi qəbul etməsidir. Halbuki qadınlar çox vaxt problem çıxarmaq istəmir, sadəcə anlaşılmaq istəyir", - deyə ekspert bildirib.

Kişilər ailədə qadın dığ-dığından necə xilas ola bilərlər? - Ailədə problem yaşayanlara VACİB MƏSLƏHƏTLƏR

Əbdül Səlimli deyir ki, sakit və diqqətli dinlənildiyini hiss edən qadının tonu da dəyişir:

"Emosional anlarda mübahisədən uzaq durmaq lazımdır. Yüksək emosiyada deyilən sözlər sonradan peşmanlıq yaradır. Belə anlarda bir az sonra sakit şəkildə danışaq demək qaçmaq deyil, münaqişəni idarə etməkdir. Bəzən kişilər susaraq problemi görməzdən gəlir. Susmaq problemi həll etmir. Tam susmaq və ya laqeyd qalmaq qarşı cinsdə "məni vecinə almır" hissini yaradır".

Əbdül Səlimli deyir ki, ən doğru yol qısa, sakit və ədalətli cavab verməkdir:

"Evliliklərdə mübahisələr zamanı anlayış iki tərəf üçü də ən doğru seçimdir. Və qətiyən müqayisə edilməməli qarşı tərəfi alçaltmamalıyıq. Günlük diqqət böyük mübahisələrin qarşısını alır

Çox vaxt "dığ-dığ" deyilən davranışın kökündə yığılmış diqqət ehtiyacı durur. Hal-əhval tutmaq, kiçik təşəkkürlər və ən əsas da dinləmək gərginliyi xeyli azaldır. Hörmətli sərhədlər qoymaq vacibdir.

İki tərəf də özünü qorumağı da bacarmalıdır. Qışqırıq, təhqir və alçaltma normal qəbul edilməməlidir.

Ailədə sükut yox, sağlam ünsiyyət əsasdır.

Kişinin vəzifəsi susmaq deyil, münaqişəni böyütmədən idarə etməkdir. Qadının və kişinin emosional ehtiyacları fərqlidir, amma qarşılıqlı anlayış olduqda "söz-söhbət" münasibəti zədələmir, əksinə gücləndirir".

Ziya SƏCCAD

Son xəbərlər