Kəmaləddin Heydərovdan Ramiz Mehdiyevə villa bağışlaması iddialarına reaksiya
Yeniliklərdən dərhal xəbərdar olun
"Mən Qəbələdə Ramiz Mehdiyevə nə villa, nə də başqa bir şey bağışlamışam. Boş söhbətlərdir, mən buna əhəmiyyət vermirəm. Ona görə siz də ciddiyə almayın".
BAKU.WS xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə Qəbələdə villa tikməsinə dair mediada yayılan iddialara münasibət bildirərkən söyləyib.
Qeyd edək ki, DTX-nin İstintaq Baş İdarəsində cinayət məsuliyyətinə cəlb olunan Ramiz Mehdiyevin yüzmilyonlarla ölçülən sərvəti haqqında məlumatlar yayılmaqdadır.
Bu məlumatların birində də sabiq PA rəhbərinin Qəbələdəki villasından bəhs olunub. Həmin məlumatda villanı hədiyyə edən şəxs kimi FHN rəhbərinin adı çəkilir.
Kəmaləddin Heydərov isə deyib ki, bu iddianı "bikar adamlar" yayırlar.
Məlumata görə, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev arasındakı münasibətlər olduqca gərgin olub.
Ona görə də FHN rəhbərinin ona belə bir hədiyə etməsi inandırıcı deyil.
Oxşar xəbərlər
Bu gün Türkiyədə Cümhuriyyət bayramıdır
Bu gün Türkiyədə 29 Oktyabr Cümhuriyyət Bayramı qeyd olunur. Türkiyə Respublikasının qurulmasının 103-cü ildönümü münasibətilə ölkə daxilində və xaricdə müxtəli...